Əlixan Rəcəbovu tənqid etdi: “Şüşənin içində oturub ssenari yazır”
Tanınmış kinoşünas Sevda Sultanova Əlixan Rəcəbovun “Səriyyə” filmi ilə bağlı tənqidi fikirlər səsləndirib.
Minval.info xəbər verir ki, Sultanova Aynur Xəlilovanın “Hərşeyşünas” adlı yutub podkastında qonaq olarkən danışıb. Onun sözlərinə görə, filmin mövzusu ümumilikdə normal olsa da, rejissorun cəmiyyətlə əlaqəsinin zəif olduğu hiss olunur:
“Əlixan Rəcəbov sanki bir şüşənin içində oturub oradan ssenari yazır, amma gedib cəmiyyəti araşdırmayıb. Sən o ssenarini yazmaq üçün Azərbaycanın rayonlarına, ya heç olmasa, Bakı ətrafı kəndlərə getməli idin. Tanıdığın ailələrlə danışardın,” – deyə Sultanova bildirib.
Kinoşünas filmdəki ata və ana obrazlarının ümumiləşdirilmiş, dərinlikdən uzaq olduğunu deyib:
“Onların heç birində düşdüyü situasiyada fərqli, maraqlı, özəl heç nə yoxdur. Biz o situasiyaları əzbər bilirik. Ata qızını ərə verir, çünki maddi problemi var. Amma bu atanın danışığı çox formaldır, daxili əzabı, tərəddüdü, alt qatı yoxdur”.
Sultanova əlavə edib ki, hər bir xarakterin, hətta hissiyyatsız görünən bir atanın belə daxili dünyası olmalıdır və bu dünya tamaşaçıya göstərilməlidir:
“Ata övladını satır, əclafdır – bunu görürük. Amma bu atanı buna gətirən vəziyyəti, mənəvi portreti göstərilmir. Mən rejissor olsaydım, atanın içində çəkdiyi əzabı da göstərərdim. Bu baxımdan bizim filmlərimizdə ciddi problemlər var”.
ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi