Liverpool-un futbolçuları finalda meydana girən modelə tanışlıq mesajı yazıblar - FOTO
“Liverpul” və “Tottenhem” komandaları arasında keçirilən Çempionlar Liqasının finalında meydana girməsi ilə gündəmə gələn Kinsey Volanski maraqlı açıqlama ilə diqqət çəkib.
22 yaşlı model “The Sun” nəşrinə açıqlamasında həmin hadisədən sonra “Liverpul”un futbolçularının ona münasibət qurmaq üçün mesaj yazdıqlarını bildirib: “Liverpul”un futbolçularından mesajlar gəldi. Onların adını açıqlamaq istəmirəm. Hətta biri mənə ürək işarəsi göndərdi. Biri isə “oyunda səni gördüm” yazmışdı. Düzü, profillərinə girənə qədər onların kim olduğunu bilmirdim. Ancaq heç birinə cavab vermədim. Çünki mənim sevgilim var”.
Həmin futbolçulardan birinin Ceyms Milner olduğu müəyyənləşib.
Xatırladaq ki, sözügedən qarşılaşma Liverpool-un 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Kinseyin meydana çıxması onun izləyici sayının artaraq 3 milyona çatması ilə nəticələnib.
///Goal.az

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
