Litva sanksiyalı yükləri Kalininqrada daşımaqdan imtina etdi
Litva Dəmiryolları Agentliyi Rusiyanın Kalininqrad vilayətinə Avropa Birliyinin sanksiyaları altına düşən məhsulların daşınmasının bu gündən etibarən dayandırılması barədə xəbərdarlıq təqdim edib. Vilayətin qubernatoru Anton Əlixanovun dediyinə görə, qadağa Rusiyadan vilayətə Litva dəmiryolları ilə daşınan yüklərin 50 faizdən çoxunu əhatə edir.
Qubernator bildirib ki, onlar bu addımı gözlədiklərinə görə Baltik dənizi ilə yükdaşımaları təmin etmək üçün əlabə bərələr əldə edilib.
Rusiyalı ekspertlər isə bu addımı Litvanın Kalininqradı mühasirəyə alması kimi qiymətləndirərək, mühasirənin aradan qaldırılması üçün həbri əməliyyatın keçirilməsi variantını müzakirə etməyə başlayıblar. Hətta bəzi hərbi ekspertlər NATO-nun vilayəti ələ keçirmək planının olduğunu, Rusiyanın bu halda atom silahından istifadə etməyə məcbur qalacağını da iddia etməkdədirlər.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə
Hindistanda bank soyğunçusu bibər tozuyla yaxalandı
Müəllimlərin maaşı 35 faiz artır!