Əlillər sürücülük vəsiqəsini yeni qaydada alacaq - Tapşırıq verilib

Əlilliyi olan şəxslərin sürücülük vəsiqəsi alması qaydaları hazırlanacaq.
BakuPost-un məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Daxili İşlər Nazirliyi (DİN) bu sahədə əsas icraçı qurum olacaq. DİN 2019-2023-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Nəqliyyat Agentliyi ilə birlikdə əlilliyi olan şəxslərin sürücülük vəsiqəsi alması qaydalarının hazırlanması və bununla bağlı təlim-tədris prosesinin təkmilləşdirilməsini təmin etməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!