Əlif Cahangir İsveçdə teatr ustad dərsi keçdi
İsveçin Vasteras şəhərində ATR Teatr Festivalı yekunlaşıb.
Festivalda İsveçin müxtəlif şəhərlərindən gəlmiş kiçik və böyük teatr qrupları iştirak edib.
Festivalın ikinci günü azərbaycanlı teatr rejissoru Əlif Cahangirin “Səhnədə Azadlıq: Teatrda Demokratik və totalitar rejissor yanaşmaları” mövzusunda ustad dərsi baş tutub. Təlimin nəzəri hissəsində rejissorun rolu və aktyorla münasibət, daha sonra Meyerholdun “Biomexanika” texnikasına əsaslanan praktiki məşğələlər olub.
Qeyd edək ki, ATR Festivalı 1981 ci ildən keçirilən İsveçin ən böyük həvəskar teatr festivalıdır. ATR bu festivalı mütəmadi olaraq təşkil edir. Festival teatrla məşğul olan hər kəs üçün bir görüş və ünsiyyət məkanıdır və onun məqsədi İsveçdəki teatrın zənginliyini və geniş yayılmasını nümayiş etdirməkdir.
Ümumilikdə festivalda dörd əsas seminar (Workshop) yer alıb:
Andreas Sköld teatr rejissoru, Vastmanlands Dram Teatrının bədii rəhbəri – Ciddi Yumor nədir?
Anna-Jackelin Thell, İsveçin mim aktyoru və teatr sənətçisi – Mim nədir?
Livet Bitch – Södertalje şəhərində fəaliyyət göstərən, gənclərin icma əsaslı teatr yaradıcılığını dəstəkləyən bir səhnə sənəti kollektivi olaraq gənclərin öz yaradıcılığını necə inkişaf edirə bilər.
Və Əlif Cahangir teatr rejissoru – Səhnədə azadlıq.
ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik
Xatırladaq ki, Əlif Cahangir Prezident Mükafatçısı, 2015-2019 cu illərdə Akademik Milli Dram Teatrında rejissor kimi çalışıb. O , prezident mükafatına layiq görülüb. Kamal Abdullanın pyesi əsasında eyni adlı “Bir, iki-bizimki” tamaşasına quruluş verib. Tamaşa 2018-ci ildə Humay mükafatına layiq görülüb. Xalq artisti, görkəmli teatr rejissoru Azər Paşa Nemətovun yetirməsidir.
ƏLAQƏLİ
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi


