Əli Kərimlinin siyasi partiyalarla bağlı tədbirə çağırılmamasının səbəbi açıqlanıb
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bu gün “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən dəyirmi masaya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin dəvət edilməməsinin səbəbini açıqlayıb.
APA-nın xəbərinə görə, F. Ağamalı jurnalistlərə açıqlamasında bildirib ki, Əli Kərimli özünü siyasi mühacir müxalifəti adlandıranların yanında yer aldığı üçün tədbirə dəvət edilməyib.
“Baxın, mühacirlər ayrı-ayrı şəxsləri təhqir edirlər. Əli Kərimlinin maliyyələşdirdiyi şəxslər də həmin prosesi davam etdirirlər. Bu söyüşlər təkcə iqtidara qarşı deyil. Əli Kərimlinin dəstəsi Müsavat, REAL və digər partiyalara da cəbhə açıb. Hansı partiya istəyir ki, müxalifətdə fəallaşsın, Əli Kərimlinin dəstəsi onu mənəvi terrora, təhqirə məruz qoyur. Bu şəxslərlə Avropadakı söyüş söyənlərin bağlılığı varmı? Mənə elə gəlir ki, var. Ona görə də, mənəviyyatıma sığışdırıb o cür insanı tədbirə dəvət etmədim. Tədbirin təşkilatçısı kimi Əli Kərimlini tədbirə dəvət etməməyə hüququm çatır”, – F. Ağamalı vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi