Əli İnsanov azadlığa çıxır və ölkədən gedir (TƏFSİLAT)
Ölkədə prezident seçkisi öncəsi böyük əfv sərəncamının imzalanacağı gözlənilir.
“Minval.info” xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, bu il prezident seçkisindən öncə imzalanan əfv sərəncamı və may ayında gözlənilən amnistiya aktı ilə həbsdə olan siyasilər də azadlığa çıxacaq.
Qəzet yazır ki, sabiq səhiyyə naziri Əli İnsanovun da yaxın zamanlarda azad olunması gözlənilir. Hələ 2013-cü ilin prezident seçkisi öncəsi müxalifət nümayəndələri tərəfindən belə bir fikirlər səsləndirilirdi ki, Əli İnsanov yalnız ölkədən getməyə razılaşdığı halda azadlığa buraxıla bilər. Ötən 5 il ərzində sabiq nazir heç bir geriyə addım atmadı. Əksinə, keçirilən məhkəmə proseslərində fikirlərindən dönməyəcəyini, axıra qədər mübarizə aparacağını söylədi. Nəticə olaraq o, hələ də həbsdədir. Lakin artıq 70 yaşlı sabiq nazirin ətrafında baş verənlər və atdığı son addımlar ehtimal yaradır ki, o, bu dəfə azadlığa buraxıla bilər. Azadlığa çıxdıqda isə ölkədən getməsi gözlənilir.
Vəkil Əsabəli Mustafayev də bildirib ki, Əli İnsanovun adı əfv sərəncamına salına bilər: “Əvvəlki təcrübələri götürsən amnistiya aktı az ağır dərəcəli cinayət əməllərinə tətbiq olunurdu. Xüsusən də azadlığa çıxmasına çox az müddət qalmış şəxslər amnistiyaya düşürdü. Eyni zamanda azyaşlı uşaqları olan qadınlara da amnistiya daha çox tətbiq olunurdu. İndi isə deyirlər ki, böyük amnistiya olacaq. Bu zaman mümkündür ki, həmin maddələr düşsün və əvvəlki məhkumluq nəzərə alınmasın. Yəni Əli İnsanovun da şansı var. O cümlədən də onun adı əfvə də düşə bilər. Daha doğrusu, mən amnistiyaya çox inanmıram, ancaq əfv sərəncamına düşməsi mümkündür. Çünki adətən narkotiklə bağlı olan maddələri amnistiyaya salmırlar. Buna görə də əfv daha realdır”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Baku Electronics"lə bağlı məhkəmə işi
Bakı-Qazax yolunda qəza - 2 nəfər xəsarət aldı - FOTOLAR, VİDEO
Bakıda "Anamgilə gedirəm" deyən gəlin taksidə soyunub, otelə getdi - VİDEO
İmkansız vətəndaşlara yardım ediləcək - Rəsmi
İlham Əliyev: "Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir"
Vahid Əhmədovun ailəsində ağır itki
İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı