“Əli Həsənovun başı dərddə” xəbərinə Baş nazir müavinindən reaksiya
“21 yanvar 2019-cu il tarixində bəzi xəbər saytlarında “Əli Həsənovun başı dərddə: “Qaçqınkom”dakı ciddi pozuntular prokurorluğa göndərildi…” başlıqlı yazı dərc olunub. Həmin yazılarda qeyd olunanlar həqiqəti əks etdirmir”.
Bunu Modern.az-a açıqlamasında Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sabiq sədri Əli Həsənovun köməkçisi Ramin Talıblı bildirib.
“Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna yalnız 15 tələbənin təhsil ödənişlərindən azad olunmaları üçün kənar şəxslər tərəfindən dələduzluq yolu ilə düzəldilərək verilmiş məcburi köçkün vəsiqələrinin araşdırılması ilə bağlı məsələ göndərilmişdir. Məlumat Azərbaycan Respublikasının Hesablama Palatası ilə dəqiqləşdirilib”, – deyə Baş nazir müavinin köməkçisi bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Putinə başsağlığı verdi
Kürdəmir sakini balıq tutarkən faciəvi şəkildə ölüb
Ağstafada əl qumbarası tapıldı
Generalın qardaşı rəis təyin edildi
Azərbaycanda pensiyalar artacaq – RƏSMİ
Kənd sakinləri həyətdən qumbara tapdı - Mütəxəssislər dərhal Tərtərə getdi