Leyla Şıxlinskayanın iti 500 manatlıq yemək yeyir?!

Bakı Ağır Cinayətlər Məhkəməsində “Leyla Şıxlınskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova və digər işçiləri Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayevanın CM-nin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Minval.İnfo-nun məlumatına görə, klinikanın sahibi Leyla Şıxlinskaya baş mühasib Şəhla Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək, onun klinikadan 1.000.000 manat pul vəsaitini mənimsədiyini bildirib.
Bununla əlaqədar cinayət işi başlanılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.
Bu gün keçirilən prosesdə ekspert Zaur Məmmədov dindirilib.
O deyib ki, klinikaya aid mühasibatlıq sənədlərini yoxlayıb, onların doğruluğuna isə istintaq qiymət verib.
Vəkil qeyd edib ki, həmin sənədlərdə Leyla Şıxlinskayanın itinin yeməyi üçün aylıq 500 manatlıq xərc yazılıb. O, ekspertə sual verərək bunun da mühasibatlıq sənədi olub-olmadığını soruşub, ekspert belə olduğunu deyib. Müdafiə tərəfi işlə bağlı ekspertiza keçirilməsi üçün vəsatət verib.
Məhkəmə vəsatəti təmin edib və işin ekspertizaya göndərməsi ilə bağlı qərar qəbul edib.
Proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"