“Leyla Şıxlinskaya” işi üzrə hökm oxundu
“Leyla Şıxlinskaya”nın klinikasının mənimsəmədə təqsirləndirilən əməkdaşlarının cinayət işi üzrə proses yekunlaşıb.
Bizimyol.info xəbər verir ki, klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyanın hökmü ilə təqsirləndirilən şəxslərə şərti cəza verilib.
Qeyd edək ki, prokuror çıxışında Ş.Abbasovanın 9 il, Y.Abdullayevanın 2 il, S.Qasımova, Aytən Hüseynova və Mədinə Hüseyevanın isə hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini və onların məhkəmə zalında həbs olunmasını istəmişdi.
İttiham aktına əsasən, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar. Ekpertiza rəyinə əsasən, zərərçəkmişə 56 min manat ziyan dəyib. Onlar məhkəmə istintaqı dövründə dəymiş ziyanı ödəyiblər.
İstintaq zamanı təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!