Leyla Rövşəni müdafiə etdi
“Mən nə kiminsə tərəfini tutmaq, nə də kiminsə haqqına girmək istəyirəm. Rövşən Cahangirovu şəxsən tanıyıram. Demək olar ki, iş yoldaşı olmuşuq. Mən Atçılıq Federasiyasında, O DSX-də işləyib. Bir kolleqa kimi olduqca zəhmətkeş, məsuliyyətli, vicdanlı və qərəzsiz adamdır. Yol yoldaşı da olmuşuq. Söz var ki, insan yolda tanınır. Bax, Rövşən həm də yol adamıdır. Bunu tək mən yox, bərabər işlədiyimiz dostlar da təsdiqləyə bilər.
Amma mənim qarşı tərəflə heç bir tanışlığım yoxdur. Nə xeyrinə, nə ziyanına heç bir söz deyə bilmərəm. Sadəcə olaraq, bu qədər acılı, ağır bir gündə olunacaq söhbət deyildi, düşünürəm. Ən azı, son mənzilə yola salınanlar Rövşənin iş yoldaşlarıdır! Eyni dövrdə, eyni kanalda çalışdığın həmkarını tanımasan da və yaxud tanımaq istəməsən də, hər şeydən əvvəl bir vətəndaş kimi təmkin göstərib sonra həll etmək, izah və üzrxahlıq tələb etmək olardı. Həqiqətən də belə bir insident baş veribsə!
O ki qaldı, Rövşənin həyat yoldaşına… Adətən iki azərbaycanlı kişi arasında söhbət gedirsə, Xanımların, həyat yoldaşlarının adları çəkilməz! Bu məsələdə onun tanınmış və ya tanınmamış olması qətiyyən önəmli deyil!”
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər
