16.11.2021 - 10:34
Siyasət
3 baxış
Leyla Abdullayeva Paşinyana cavab verdi
“Azərbaycan hərbçiləri ölkəmizin suveren ərazilərində xidməti vəzifələrini yerinə yetirirlər”.Minval.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Baş nazir Nikol Paşinyanın Ermənistan Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirləri şərh edərkən deyib.
“İlk növbədə qeyd etmək istərdik ki, son zamanlar Ermənistan tərəfindən həyata keçirilən təxribatlara cavab olaraq, Azərbaycan tərəfindən müvafiq tədbirlər görülür. Belə ki, ötən həftə, noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunun Qaragöl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, 13 noyabrda Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonundakı Azərbaycan Ordusunun mövqelərini atəşə tutması, habelə 14 noyabrda Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədinin Laçın rayonunu istiqamətində cəmlənərək növbəti təxribata hazırlığına cavab olaraq Azərbaycan tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Vurğulayırıq ki, Azərbaycan hərbçiləri ölkəmizin suveren ərazilərində xidməti vəzifələrini yerinə yetirirlər. Həmçinin xatırladırıq ki, mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə o bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərbaycanlı general”ın Xocavənddəki evi - VİDEOREPORTAJ
16.02.2021 - 12:50
AVRO-2020: Günün oyunlarına hansı telekanallarda baxaq?
23.06.2021 - 09:57
Bakıda əyləncə mərkəzində dəhşət - İstirahətə gəlmişdi, öldü
06.07.2018 - 14:11
Həbsdə olan keçmiş MTN polkovnikinin ölüm səbəbi açıqlanıb
09.12.2021 - 16:01
Mətanət Əsədovanın 18 + videosunu yaydılar - VİDEO
19.08.2018 - 10:14
Bakıda sürücülər dava etdi: "Onun bıçağı var..." - Video
01.06.2019 - 15:56
Ağstafadakı hərf səhvi müzakirələrə səbəb oldu
31.07.2019 - 13:14
Əhməd Əhmədzadə minlərlə insanın həyatına son qoya bilər - FOTO, VİDEO
03.04.2019 - 18:15