Levandovskidən Messiyə - “Boş sözlər lazım deyil”

“Bavariya”nın hücumçusu Robert Levandovski “France Football” nəşrinin təsis etdiyi “Qızıl top”u Lionel Messinin qazanmasına münasibət bildirib.
Minval.info xəbər verir ki, o, həmçinin argentinalı ulduzun “2020-ci ildə Levandovski “Qızıl top”a layiq idi” deməsinə toxunub.
“Leo Messi mənim 2020-ci il üzrə “Qızıl top” mükafatına layiq olduğumu deyib. Onun daha ədalətli olmasını istəyirəm. Boş sözlər lazım deyil. Düzünü desəm, mükafatın təqdimolunma mərasimində çox məyus idim. Bunu inkar etmək lazım deyil. “Qızıl top”a çox yaxın idi. Leo hər zaman yaxşıdır. Onun qazandıqlarına irad bildirmirəm. Onunla yarışmağım da hansı səviyyədə olduğumu göstərir. Yaxşı ki, mərasimdən dərhal sonra Messi ilə üz-üzə gəlmədim”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tokioda keçiriləcək 2020 Olimpiadasında Azərbaycandan nə gözlənilir?
Türkiyədə derbidən əvvəl qanlı dava - VİDEO
Premyer Liqada transfer bombası partlayır
Teymur Rəcəbov Aronyana qalib gəlib çempion oldu
"Qalatasaray"da Falkao şoku
"Hakimlər Neymar, Messi, Ronaldo kimi futbolçuları qorumalıdır"
Hansı oyun, hansı kanalda? - TV Afişa