Letoniyada baş nazir Kulbergsin partiyası seçkilərdə qalib gəldi
Letoniya Mərkəzi Seçki Komissiyasının internet saytında yayımlanan məlumatlara görə, dünən keçirilən ümumi seçkilərdə səslərin 99,9 faizi sayılıb. Nəticələrə görə, altı siyasi partiya 5 faizlik seçki baryerini aşaraq parlamentdə təmsil olunmaq hüququ qazanıb.
Minval.info xəbər verir ki, Baş nazir Kulbergsin liderliyindəki “AS” partiyası səslərin 35,29 faizini toplayaraq 100 yerlik parlamentdə 42 mandat əldə edib. Bu nəticə ilə “AS” partiyası Letoniya Parlamenti tarixində tək bir siyasi qurum olaraq ən çox mandat qazanan partiya oldu.
Ainars Slesersin baş nazirliyə namizəd olduğu “Əvvəl Letoniya Partiyası” (LPV) 13,09 faiz, “Suveren Güc və Gənc Letonlar Birliyi” (SV/AJ) isə 11,72 faiz səs toplayıb. “Milli İttifaq” (NA) 8,9 faizlə dördüncü, “İrəliləyənlər” (P) isə 7,8 faizlə beşinci sırada yer alıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Riyadda müdafiə komitəsinin iclasında iştirak edəcək
“Yeni Birlik” (JV) partiyası isə səslərin 6,34 faizini toplayaraq mövcud parlamentdəki “ən böyük siyasi qurum” statusundan yeni parlamentdə “ən kiçik siyasi qurum” statusuna enəcək.
Ölkədə 1 milyon 557 min 615 qeydiyyatdan keçmiş seçicidən 807 min 67 nəfəri səs verib, beləliklə, seçkiyə qatılma faizi 51,8 oldu.
Baş nazir Kulbergs mətbuata verdiyi açıqlamada, seçki nəticələrinin xalqın dəyişiklik istədiyini göstərdiyini bildirdi. O, parlament və hökumətdə bu dəyişiklikləri həyata keçirmək üçün güclü təmsilçiliyə ehtiyac olduğunu vurğulayıb. Kulbergs, Ukraynaya dəstəyi davam etdirəcəyini və Rusiyaya qarşı sərt mövqeyini qoruyacağını bəyan etdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Netanyahu seçki narrativini sahiblənmək üçün mübarizə aparır
Mark Rutte NATO-nu bir arada saxlamaq üçün səy göstərir
İran Hörmüz boğazını açmaq üçün 7 şərt irəli sürdü
Mühafizəkarlar konfransında nikbinlik artıb, amma problemlər qalır
Braziliya ABŞ-ı seçkiyə müdaxilədə niyə ittiham edir?
Ehud Barak Netanyahunu müharibə planında ittiham etdi