25.08.2026 - 18:19
Hadisə 24 baxış

Lerikdə nasaz elektrik xətləri: Heyvanlar tələf olur!

Lerik rayonunun Davradibi və Dico kəndlərində elektrik naqillərinin və dirəklərinin bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub. Elektrik xətlərindəki nasazlıqlar nəticəsində son iki il ərzində 5-6 iribuynuzlu mal-qara cərəyan vurması nəticəsində tələf olub və sakinlərə ciddi maddi ziyan dəyib.

Minval.info xəbər verir ki, sakinlər elektrik dirəklərinin bərbad vəziyyətdə olduğunu bildirərək, örüş sahəsində iki heyvanlarının elektrik cərəyanı vurması nəticəsində 10 min manat ziyana düşdüklərini qeyd ediblər. Onlar bu məsələ ilə bağlı müxtəlif qurumlara müraciət etdiklərini, lakin hələ də problemin həll olunmadığını vurğulayıblar.

“Azərişıq” ASC-dən verilən məlumata görə, Davradibi və Dico kəndlərinin 10 kilovoltluq hava xəttində 2025-2026-cı illərdə 39 ədəd qəzalı ağac dayaq yeni dəmir və kompozit dayaqlarla əvəzlənib. 4 350 metr zədələnmiş naqil yenilənib, 1 000 metr məsafədə zədələnmiş naqillər dəyişdirilib, boşalmış naqillər tarımlaşdırılıb və 2.5 kilometr məsafədə budama işləri aparılıb. Həmçinin iyul və avqust aylarında 21 ədəd qəzalı ağac dayaq yeni dəmir və kompozit dayaqlarla əvəzlənib, 3000 metr zədələnmiş naqil yenilənib və 0.8 kilometr məsafədə budama işləri aparılıb. Hazırda həmin xəttdə əsaslı təmir işləri davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: