Lavrov Bakıya yola düşdü
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıya bu gün yola düşüb.
Axar.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyi yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Elmar Məmmədyarovla görüşəcəyini bildirib. O, Lavrovu Prezident İlham Əliyevin bu gün qəbul edəcəyini, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasının isə sabah baş tutacağını deyib.
Qeyd edək ki, Lavrov Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 12 üzvü var. Bunlar Azərbaycan, Albaniya, Bolqarıstan, Ermənistan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukraynadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi