Lavrov: "Azərbaycanlılarla ermənilər birlikdə yaşamağa başladıqda siyasi məsələləri həll etmək asan olacaq"
“İnsanlar normal həyat sürməyə başladıqda siyasi məsələləri həll etmək çox asandır”.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda erməni həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına dair sualı cavablandırarkən bildirib.
“Azərbaycanlılarla ermənilər onilliklər və əsrlər boyunca olduğu kimi yenidən bir-biri ilə normal yaşamağa başladığı zaman siyasi məsələləri həll etmək çox daha asandır. Noyabrın 9-da başlayan sülh prosesi müharibəni dayandırmaq və sülhməramlı bir əməliyyata keçmək, bölgədəki bütün iqtisadi əlaqələri, nəqliyyat kommunikasiyalarını blokadadan çıxarmaq üçün hərəkət etməkdir və bu proses demək olar ki, yarım ildir davam edir. Bu səbəbdən sülh prosesinə keçid haqqında danışmaq bir az reallığı təhrif etməkdir”, – deyə rusiyalı nazir deyib. /// Qazet.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nikol Paşinyan növbədənkənar seçkilərə gedir, tarix açıqlanacaq
“Kəlbəcər heç vaxt ermənilərin olmayıb” - Erməni deputat
İlham Əliyevdən iki təyinat: biri qadındır
Azərbaycan Prezidenti: “Kəlbəcər rayonu bu gün işğaldan azad olundu”
Ermənistanda daha bir müxalif deputat mandatından imtina etdi