24 yaşlı hamilənin abortunu hansı klinika və həkim edib?
24 yaşlı Lalə Quliyevanın hamiləliyini sonlandırdıqdan sonra vəfat etməsi ilə bağlı müəmmalı vəziyyət davam edir. Rəsmi məlumatlara görə, Lalə Quliyeva Sabunçu Tibb Mərkəzinə artıq ölmüş vəziyyətdə gətirilib. Lakin onun hansı tibb müəssisəsində hamiləliyini sonlandırdığı hələ də açıqlanmayıb.
Minval.info xəbər verir ki, əldə edilən məlumatlara əsasən, qadının hamiləliyi TƏBİB-in tabeliyində olmayan özəl tibb müəssisələrindən birində sonlandırılıb. Daha sonra evə aparılan qadında güclü qanaxma baş verib və nəticədə həyatını itirib. Təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə çatdırılan qadının artıq həyatını itirdiyi müəyyən edilib.
Bu hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələ də hansı klinikada və hansı həkim tərəfindən abort edildiyi açıqlanmır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakının Nərimanov rayonunda 15 bina söküləcək
Bakıda güclü yanğın: Binə qatı dumanla örtüldü
Bakıda şok: Kişi əməliyyatdan sonra yataq xəstəsi oldu-VİDEO
ABŞ-dən İrana qarşı yeni hərbi əməliyyatlar
Şəhid ailələri və qazilərə pulsuz mənzil şansı!
Hamilə bloger ağaca bağlanaraq yandırıldı
Alkoqolun xərçənglə əlaqəsi: Yeni araşdırma şok etdi