"Lənkəranski üzünü və səsini dəyişdirib yaşayır" iddiasına REAKSİYA
Məşhur kriminal avtoritet, Türkiyədə sui-qəsd nəticəsində qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranski haqqında şok iddia yayılıb.
Özünü Əvəz Əliyev (Əvəz Baba) kimi təqdim edən bir nəfər a24.az-a Lənkəranskinin yaşadığını, üzünü və səsini əməliyyatla dəyişdiyini iddia edib.
Ə.Əliyev qeyd edib ki, bu xəbəri Lənkəranskinin özünün xahişi ilə yayımlayıb:
ƏLAQƏLİ
Aqil məlikov ürək əməliyyatından sonra ilk dəfə danışdı: "Həyatım yenidən başladı
“Rövşən Lənkəranski yaşayır, həqiqətdir, sadəcə olaraq bəzi instinkt hərəkətlərindən onu tanıdım, üzü dəyişib. Səsini də aprelin 10-da əməliyyatla dəyişdilər. Hazırda özünün xahişi ilə yerini açıqlamırlar, sadəcə bilin ki, o, həyatdadır, ölməyib və kənardan olan-bitən hər şeyi izləyir”.
İddiaçı bildirib ki, bu xəbəri yaymaqda məqsəd məktəblərdə baş verən hadisələrlə bağlıdır: “Düşmənlər bilsin ki, Lənkəranski sağdır”.
Rövşən Lənkəranskinin həyatı və fəaliyyətləri ilə bağlı geniş araşdırmalar edən, kriminal aləmin məşhur şəxsləri haqqında kitablar yazan yazıçı Bəhram Çələbi publika.az-a bildirib ki, belə xəbərlərin yayılması məqsədli şəkildə həyata keçirilir:
ƏLAQƏLİ
Yanvar, May və Sentyabrda doğulanların sirli dünyası: Xarakterlərindəki gizli məqamlar
“Lənkəranskinin dəfnində şəxsən iştirak etmişəm. Dəfnində qardaşı, əmisi uşaqları, bütün qohum-əqrəbaları ağlayırdı. Bu boyda yekə kişilərin ağlamağı elə-belə şey deyil. Bu, o deməkdir ki, həqiqətən də, Lənkəranski artıq nəfəs almırdı. Onun yaşaması ilə bağlı bütün xəbərlər cəfəngiyyatdır. Belə hadisələrə çox rast gəlinib. Məsələn, Saloniki adlı bir nəfər olub. “Super killer” adlandırırdılar onu. Onun da haqqında belə xəbərlər çıxırdı. Guya üzünü dəyişdirib, gedib Ağsuda yaşayır. Belə xəbərlər yalnız mətbuatı qaynatmaq məqsədilə yayılır”.
Bəhran Çələbi bildirib ki, ailəsinin özünü üzgün, kədərli göstərməsi Lənkəranskini qorumaq məqsədi daşımır:
“Məgər ailəsi, qohumlarının hamısı artistdir ki, yalandan ağlasın? Mən anası, qardaşı, bacısının oğulları ilə görüşmüşəm. Hamısının necə dərd çəkdiyini gözlərimlə görmüşəm. Lənkəranski barəsində 100 faiz söz verə bilərəm ki, o, yaşamır. Onun nəşi Mübariz Mənsimovun təyyarəsi ilə Lənkərana aparılıb. Həmin günü orada idim. Nəşi gətiriləndə də, basdırılanda da iştirak etmişəm”.
Qeyd edək ki, avtoritet 18 avqust 2016-cı ildə Türkiyənin İstanbul şəhərində sui-qəsd nəticəsində qətlə yetirilib. Xəstəxanaya çatdırılsa da, başından və bədənindən aldığı 8 güllə yarası nəticəsində vəfat edib. Lənkəranski ilə birlikdə onun sürücüsü də hadisə yerində həlak olub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avstriya və İtaliya arasında yeni tunel layihəsi tamamlanır
Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı abidəsi tamamlandı
İmamverdi İsmayılovun 'Labirint' əsəri: bədii təxəyyülün gücü
Xırdalanda sakinlər tikinti şirkətindən narazıdır