Lənkəranda meşədə dəhşətli tapıntı: İki əminəvə meyitləri ilə bağlı sirr pərdəsi aralanır
Lənkəranda meşəlik ərazidə tapılan iki gəncin, 29 yaşlı Xəzər Mirzəyev və 16 yaşlı Fidan Mirzəyevanın əminəvəsi olduğu ortaya çıxıb.
Minval.info xəbər verir ki, Xəzər Mirzəyevin atası Vurğun Mirzəyev oğlunun evdən çıxmadan əvvəl onunla danışdığını bildirib. O, oğlunun Lənkərana getdiyini və anasının yanında olacağını söylədiyini qeyd edib. Lakin bir gün sonra oğluna zəng çatmayıb və onun itkin düşdüyü məlum olub.
Vurğun Mirzəyev, “Uşaqların Bakıya getdiyini düşündük, lakin dünən onların meyitlərinin tapıldığı xəbəri gəldi,” deyə bildirib. Meyitlər hazırda Pataloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib və ölüm səbəbləri ekspertizanın nəticələrindən sonra aydınlaşacaq.
ƏLAQƏLİ
"Flydubai" təyyarəsinin qaçırılması ilə bağlı yeni detallar üzə çıxdı
Xatırladaq ki, gənclər 6 gün əvvəl evdən çıxmış və onların meyitləri Lənkəranın “İbadi” adlanan meşəlik ərazisində tapılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Flydubai" təyyarəsinin qaçırılması ilə bağlı yeni detallar üzə çıxdı
Flydubai ikinci pilotu təhlükə olaraq necə uçmağa icazə aldı?
FlyDubai təyyarəsinin ikinci pilotunun Avstraliya ilə əlaqələri araşdırılır
Qubada avtomobilin vurduğu məktəbli həyatını itirdi
Adanada 4,8 bal gücündə zəlzələ baş verib
Qubada yolun çökməsi nəqliyyatı iflic etdi