Tbilisidə yaşayış binasında partlayış - 7 nəfər itkin düşüb, 3-ü uşaqdır
Baku.ws-ın məlumatına görə, Gürcüstanın paytaxtı Tbilisinin Poniçala rayonunda yerləşən bir yaşayış binasında qaz partlayışı baş verib. Bu hadisədən sonra yeddi nəfərin itkin düşdüyü bildirilir. İtkin düşənlər arasında üç uşaq da var.
Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili jurnalistlərə açıqlamasında xilasedicilərin itkin düşən şəxsləri axtarmağa davam etdiyini bildirib. Hadisə zamanı binanın digər sakinləri təhlükəsizlik məqsədilə təxliyə edilib.
Nazir əlavə edib ki, partlayış nəticəsində dörd nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
ƏLAQƏLİ
Bakıda kanalizasiyaya düşən gəncin ölümündə təqsirli şəxsə hökm oxundu
İlkin məlumatlara görə, partlayışın səbəbi mənzillərdən birində qaz sızması olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda kanalizasiyaya düşən gəncin ölümündə təqsirli şəxsə hökm oxundu
Bakıda məşhur mebel mağazası bağlandı
Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Xəzəri kim çirkləndirir?
Qazaxda 4 nəfərin ölümünə səbəb olan qəzanın təfərrüatları
Qazaxda dəhşətli qəzada dörd nəfər həyatını itirib
10 ayda sürət həddinin aşılması səbəbindən 256 nəfər ölüb