Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Xəzəri kim çirkləndirir?
Bakının Hövsan qəsəbəsində dəniz suyunun rəngi dəyişərək qəhvəyi rəng alıb. Bu mənzərə sahildə yaşayan sakinlərin diqqətini çəkib.
Baku.ws-ın yazdığına görə, görüntülərdə əsas narahatlıq doğuran məqam dəniz suyunun acınacaqlı şəkildə çirklənməsidir.
Qeyd olunur ki, Hövsan sahilində xeyli müddətdir boruların çəkilməsi və sualtı işlər aparılır. İddialara görə, boruların yeni rəngə boyanmasından və daha sonra suyun altına buraxılmasından sonra dənizin rəngində belə dəyişiklik müşahidə edilib.
ƏLAQƏLİ
Bakıda kanalizasiyaya düşən gəncin ölümündə təqsirli şəxsə hökm oxundu
Ehtimal olunur ki, istifadə olunan boya və ya digər materiallar suya qarışaraq bu mənzərəyə səbəb olub. Əgər suyun rənginin dəyişməsi həqiqətən də aparılan işlərlə bağlıdırsa, bu, ciddi ekoloji narahatlıq doğurur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mətbuat katibi Xanlar Mehtiyev, dənizin çirklənməsi ilə bağlı məsələnin araşdırılması üçün əraziyə əməkdaşların göndərildiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda kanalizasiyaya düşən gəncin ölümündə təqsirli şəxsə hökm oxundu
Bakıda məşhur mebel mağazası bağlandı
Tbilisidə yaşayış binasında partlayış - 7 nəfər itkin düşüb, 3-ü uşaqdır
Qazaxda 4 nəfərin ölümünə səbəb olan qəzanın təfərrüatları
Qazaxda dəhşətli qəzada dörd nəfər həyatını itirib
10 ayda sürət həddinin aşılması səbəbindən 256 nəfər ölüb