Lənkəranda kütləvi dava: xəsarət alan var

Lənkəran rayonunda kütləvi dava olub, xəsarət alan var.
“Report”un məlumatına görə, hadisə Xolmili kəndində çayxananın qarşısında qeydə alınıb.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
Belə ki, 1963-cü il təvəllüdlü İsi Hacıverdi oğlu Hacıyev kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Zərərçəkən bildirib ki, qardaşı 1957-ci il təvəllüdlü Cəmilin həmkəndlisi, hamının “Qorxmaz” kimi çağırdığı, 1970-ci il təvəllüdlü Vəfadar Hacıyevlə mübahisə etdiyini eşidib: “Yaxınlıqda olduğumdan tez hadisə yerinə gəldim və qardaşımın yerdə uzandığını gördüm. Qardaşım açıq ürək əməliyyatı keçirdiyindən mübahisə zəminində halının pisləşdiyini və yerə yıxıldığını gümün etdim. Lakin Qorxmazın yerə yıxılan qardaşıma yumruqla zərbə endirdiyini gördüm. Mən yaxınlaşanda üzərimə hücum çəkərək alın və çənəmə bir neçə zərbə endirdi. Mən də huşumu itirərək yıxıldım”.
Faktla bağlı DİN-in “102 xidməti” Zəng Mərkəzinə müraciət olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu