Kürdəmir və İmişlidə yeni avtovağzal xidmətləri başlayır
Sentyabrın 4-dən etibarən Kürdəmir və İmişli rayonlarında yeni avtovağzal xidməti fəaliyyətə başlayacaq. Bu xidmət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus “Azerbaijan Ground Services” MMC tərəfindən təşkil ediləcək.
Minval.info xəbər verir ki, bu yenilik, rayonlardan paytaxta və digər şəhər və rayonlara sərnişin daşımalarının daha nizamlı və qanunauyğun şəkildə həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. Eyni zamanda, sərnişin məmnunluğunun artırılması da əsas hədəflərdən biridir.
Səfərlərdən əvvəl bütün avtobuslar texniki baxışdan keçiriləcək, sürücülər isə tibbi müayinədən keçəcəklər. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq. Vətəndaşlar biletləri “biletim.az” portalı üzərindən onlayn və ya kassalardan əldə edə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib