Küləkli hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı paytaxt sakinlərinə, xüsusilə sürücülərə xəbərdarlıq edib.
BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, hazırda paytaxtda güclü külək müşahidə olunduğundan vətəndaşların, eləcə də sürücülərin diqqətli olmaları tövsiyə edilir. Belə ki, bir çox hallarda sürücülər avtomobilləri məhz ağacların altında saxlayırlar ki, bu da küləkli havada çox təhlükəlidir:
“Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər. Həmçinin sakinlərdən ehtiyatlı olmaları xahiş olunur, küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçməmələri tövsiyə olunur”.
O.Məmmədovun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tapşırığı ilə qurumun Yaşıllaşdırma Təsərrüfatı Birliyi bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti iki gündə müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, yanvarın 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avtomobil almaq istəyənlərə şad xəbər: Qiymətlər ucuzlaşacaq - VİDEO
Azərbaycan dünyada bununla məşhurdur - Markov
Bərdədə 33 yaşlı piyadanı avtomobil vurub - FOTO
Gömrük postunda Ermənistana aid xəritələr saxlanılıb
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycanda 16 tikinti şirkəti məsuliyyətə cəlb edilib
Azərbaycanda bu şəxslərin maaşları artırılır