Kubada koronavirusa ilk yoluxma faktı qeydə alındı
Latın Amerikasının daha bir ölkəsində – Kubada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bildirilib ki, martın 9-da Kubanın paytaxtı Havanaya turist olaraq səfər edən İtaliyanın 3 vətəndaşının müayinəsi nəticəsində onların virus daşıyıcısı olduğu müəyyənləşib.
Qeyd edək ki, Latın Amerikasında yerləşən Argentinada 21 nəfərdə virus aşkarlanıb. Onlardan biri ölüb. Başqa Latın Amerikası ölkələrində Çilidə 23 nəfər, Ekvadorda 17, Braziliyada 52, Meksikada 8, Peruda 13, Kolumbiyada 9, Kosta-Rikada 22, Dominikan Respublikası və Paraqvayda 5, Panamada isə 8 nəfərə koronavirus diaqnozu qoyulub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 125 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 126 380-ə çatıb. Bunların 68 313 nəfəri sağalıb, 4 635 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İngilis mühafizəçi Ərdoğan üçün Quran oxudu - VİDEO
Ramzan Kadırovun qızı nazir oldu - FOTO
Gürcüstanda azərbaycanlı sabiq icra başçısı azadlığa buraxılıb
Meşədə gəzintiyə çıxarılan it xəzinə aşkar etdi - FOTOlar
“Geri addım atmayacağıq” - Ərdoğan
Qonşu ölkədə yeni doğulan körpəni xəstəxanada anasına vermədilər...
Dənizə üzməyə girənlər dəhşət yaşadılar - 18+ FOTO