KTMT: Birgə səylər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginliyin azalmasına səbəb oldu

Beynəlxalq vasitəçilərin və region ölkələrinin birgə səyləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dialoqun fəallaşmasına, həmçinin gərginliyin azalmasına səbəb oldu.
Trend-in məlumatına görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş qərargahının rəisi general-polkovnik Anatoli Sidorov Yerevan-Moskva-Minsk-Bişkek-Astana videokörpüsü zamanı deyib.
O bildirib ki, Azərbaycan və Errmənistan rəhbərliklərinin müntəzəm görüşləri sülh prosesi üçün zəruri olan şəraitin yaradılmasına və etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin görülməsi üzrə müəyyən razılaşmaların əldə olunmasına imkan verdi: “Son onilliklər ərzində ilk dəfə olaraq yüksək səviyyədə birbaşa təmas quruldu”.
Ermənistan tərəfindən Rusiya istehsallı Su-30SM çoxfunksiyalı qırıcıların alışının KTMT-nin sərhədlərinin təhlükəsizliyinə nə dərəcədə təsir göstərəcəyinə gəlincə, A.Sidorov təşkilatın üzv dövlətlərinin rəhbərləri tərəfindən qəbul edilən qərarı şərh edə bilməyəcəyini vurğulayıb.
Xatırladaq ki, Rusiya və Ermənistan Su-30SM qırıcı təyyarələrinin tədarükü haqqında müqavilə bağlayıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
Moskvadan Bakıya “media atəşkəsi” təklifi
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
Rusiya İstanbul danışıqlarında İŞTİRAK EDƏCƏK?