Kriştiano Ronaldo 18 ildən sonra ilk dəfə ehtiyatda qaldı
Kriştiano Ronaldo 18 ildən sonra Portuqaliya millisinin rəsmi oyununda iştirak etməyib. O, komandanın heyətində olsa da, meydana çıxmayıb.
Minval.info xəbər verir ki, bu hadisə Xorxe Jesusun rəhbərlik etdiyi Portuqaliya millisinin Millətlər Liqasının ikinci turunda Norveçə qarşı keçirdiyi matçda baş verib. Oyun Norveçdə keçirilib və Portuqaliya 2-1 hesabı ilə qələbə qazanıb. Ronaldo isə bütün matç boyu ehtiyat oyunçular skamyasında oturub.
Belə bir vəziyyət sonuncu dəfə 2008-ci il Avropa Çempionatının qrup mərhələsində baş vermişdi. O zaman Portuqaliya İsveçrəyə 0:2 hesabı ilə məğlub olmuşdu və Ronaldo meydana çıxmamışdı.
ƏLAQƏLİ
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala yüksəldi
Qeyd edək ki, Ronaldo son oyununda Uelsə qarşı start heyətində yer almış və 67-ci dəqiqədə əvəzlənmişdi. 41 yaşlı ulduz hücumçu Portuqaliya millisində 234 oyun keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə edib.
Portuqaliya millisinin növbəti oyunu 1 oktyabrda Danimarkaya qarşı keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala yüksəldi
Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı
Emin Mahmudov milli karyerasını başa vurmaq qərarına gəlib
Neymardan Ronaldoya vida mesajı: Əfsanə!
Qadın hakimə qarşı seksist təhqirlər: İstintaq başladıldı
Batrakov: "Çox xoşbəxtəm"
İspan futbolçu Xesus de Migel qapıçı ilə toqquşmadan sonra vəfat edib