"Krım heç vaxt Rusiyanın ərazisi olmayacaq" - Zelenski

Krım heç vaxt Rusiyanın bir hissəsi olmayacaq. Minval.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Dom” telekanalına müsahibəsində bildirib.
Zelenski deyib ki, Krım Rusiyanın torpağı deyil.
“Onların nəsilləri burada böyüməyəcək. Uşaqları da orada yoxdur və bizim torpaqlarımız üçün ölməyəcəklər. Krım heç vaxt Rusiyanın ərazisi olmayacaq. Yarımadanın Ukraynaya qaytarılması zaman məsələsidir”, – Prezident söyləyib.
Zelenski, heç kimin Krımı ukraynalılar qədər sevə bilməyəcəyini əlavə edib.
Ukrayna Prezidenti daha əvvəl Krımı qaytarmaq üçün hər şeyi etdiyini bildirib. Bu məqsədlə “Krım platforması” yaradılıb və onun zirvəsi avqustun 23 -nə təyin olunub. Kiyev ABŞ, Türkiyə, Böyük Britaniya, Kanada və Avropa İttifaqı ölkələrinə platformaya qoşulmağı təklif edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“İqtidara həmişəki kimi qanla gəlmək istəyirlər” - Paşinyan
Mehman Hüseynov bələdiyyə seçkilərinə qatılır
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Saakaşvili Zelenskiyə müraciət etdi: "Mən də əsirəm!”
Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib
Milli Şuranın mitinqinə icazə verildi - Lökbatanda
ABŞ Rusiyaya qarşı sanksiyanı genişləndirir