Kremlin “boz kardinalı”nın gənc arvadı ondan boşandı
Rusiyanın “Rosneft” dövlət neft şirkətinin prezidenti, Kremlin “boz kardinalı” hesab edilən İqor Seçinin özündə 25 yaş gənc arvadı Olqa bu ilin iyun ayında ondan boşanıb. Lakin bu barədə mətbuata yalnız indi məlum olub. virtualaz.org xəbər verir ki, məlumatı “Super.ru” tabloidi yayıb.
Bu, Seçinin ikinci nigahı idi. Onlar 2011-ci ildə evləniblər. Həmin vaxt Olqa Rusiya hökumətinin Aparatında işləyirdi. Aralarındakı 25 yaş fərqinə baxmayaraq Olqa onunla nigahdan çəkinməyib. Qeyri-rəsmi mənbələrə görə bu nigahdan onların Varvara adlı qızları var.

Bildirilir ki, Olqa boşandıqdan bir neçə həftə sonra özünün İnstagram səhifəsində italiyalı “Formula-1” pilotu Françesko Proventsano ilə fotoların yayıb. Onların hələ 2015-ci ildən tanış olduqları bildirilir.
İqor Seçinin birinci arvadı Marina Seçina 90-cı illərdə bizneslə məşğul olub. Boşandıqdan sonra o, həmin vaxt vitse-premyer olan keçmiş ərinin bir neçə mülkünə sahib çıxıb. Sonradan o, biznesini daha da genişləndirib.
Virtualaz.org
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
