Koronavirusa yoluxma riski ən yüksək olan yerlər açıqlanıb – Ofislər, kinoteatrlar…
İnsanların ofislər, kinoteatrlar, dini müəssisələr və teatrlar kimi kütləvi toplaşma məkanları koronavirusun yayılması nöqteyi-nəzərindən ən təhlükəli yerlərdir.
Qazet.az xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzinin tədqiqatında deyilir.
Mərkəzin əməkdaşları bu nəticəyə gəliblər ki, yoluxma üçün minlərlə virus hissəciyinin orqanizmə düşməsi lazımdır. Alimlər təhlil ediblər ki, infeksiyaya yoluxmuş şəxsin nəfəs alması zamanı havaya təxminən 20 virus hissəciyi düşür. Bu say danışıq vaxtı 200 təşkil edir. İnfeksiya daşıyıcısı öskürən və ya asqıran zaman havaya 200 milyon hissəcik yayılır.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Bu halda pis havalanan yerlərdə virus bir neçə saat boyunca aktiv qala bilər.
Bununla əlaqədar olaraq mütəxəssislər belə nəticəyə gəldilər ki, virusa yoluxma riski idman meydançalarında və ya konsert zallarında, kinoteatrlarda, iş yerlərində və məktəbdə, ictimai qidalanma müəssisələrində və insanların kütləvi toplaşdıqları başqa yerlərdə daha yüksəkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda