“Koronavirus xəstəsi Azərbaycana qanuni daşıma olmayan mikroavtobusla gəlib”
“Gürcüstanda koronavirusa yoluxduğu deyilən şəxs İrandan Azərbaycana qanuni daşıma olmayan mikroavtobusla gəlib”.
Minval.info xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, Gürcüstana keçən 50 yaşlı koronavirus xəstəsi Azərbaycan ərazisində hər hansı müntəzəm marşrut xətlərindən istifadə etməyib:
“Mikroavtobus Gürcüstana keçən zaman sərhəddə xəstəlik təşhis olunub”.
Qeyd edək ki, Gürcüstan mediası Marneuli sakini olan şəxsin yanında daha bir neçə nəfər də olduğunu və onların Azərbaycanda karantində saxlanıldığını bildirib. Marneuli sakininin yol yoldaşı isə Tbilisidə xəstəxanaya yerləşdirilsə də, onda koronavirus tapılmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi
Qusara istirahətə gedənlər məsuliyyətə cəlb edildi FOTO
Prezident Gənclər Gününə həsr olunan toplantıda
FHN-in strukturları azad olunmuş 5 rayonda fəaliyyətə başlayıb
Milli Məclisin büdcəsi məlum oldu - RƏSMİ
Prezident icra başçısını təltif etdi
Prezident İnam Kərimova yeni müavin təyin etdi