Koronavirus xəstələrinin olduğu xəstəxanada partlayış olub? - AÇIQLAMA
Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsi ərazisində yerləşən modul tipli xəstəxanasında qəza baş verib.
“MediaPost”un əldə etdiyi məlumata görə, ötən gün 21:00 radələrində oksigen stansiyasında partlayış qeydə alınıb. Hadisə nəticəsində bir neçə korpusda yerləşdirilən koronavirus xəstələrinin oksigen qəbul etməsində problem yaranıb.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
Saytımıza daxil olan bir neçə mənbənin məlumatına görə, xəstəxanada xeyli insan həyatını itirib. Ölüm hadisəsinin ən çox 16-cı korpusda qeydə alındığı bildirilir. Hadisədən qismən zərər görən şəxslər isə Saray qəsəbəsində yerləşən modul tipli xəstəxanaya köçürülüb.
Həmçinin üç gün əvvəl xəstələrə oksigen verilməsində problemin yarandığı söylənilir:
“Əvvəldən bilinirdi ki, nəsə problem var. Bir neçə həkim xəstəni güclə özünə gətirdi”, – deyə mənbə bildirib.
TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış bu barədə suallara cavab verməyib:
“O xəstəxana bizim tabeliyimizdə deyil. Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlayın”.
FHN-nin mətbuat katibi Gülçin Mehdiyeva “MediaPost”a açıqlamasında iddiaları təkzib edib:
“Orada heç bir hadisə baş verməyib”.
Qeyd edək ki, yay aylarında istifadəyə verilən xəstəxanada rəsmi məlumata görə, 4 ədəd oksigen stansiyası var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu