Koronavirus peyvəndinin qiyməti ilə bağlı - Açıqlama
Oksford Universiteti tərəfindən inkişaf və “AstraZeneca” şirkəti tərəfindən istehsalı planlaşdırılan koronavirus peyvəndi barədə detallar açıqlanıb.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, “AZD1222” adlı koronavirus peyvəndi sınaqlarının davam etməsinə baxmayaraq, indidən bir çox ölkə və şirkətlər peyvəndə ciddi maraq göstərib.
Peyvəndin maya dəyərinin 2,5 avro təşkil edəcəyi və istehsal edəcək şirkətin pandemiya dövründə peyvənddən gəlir qazanmağı planlaşdırmadığı açıqlanıb. Bununla çatdırılma və digər xərclər əlavə olunmaqla peyvəndin maya dəyərində tədarük olunacağı gözlənilir. “AZD1222” vaksininin təsir müddətinin 1 il olduğu və mövsümi olaraq istifadə oluna biləcəyi bildirilib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Hazırda Böyük Britaniyada sınaqların sonuncu mərhələsində olan peyvəndin əvvəlki sınaq mərhələləri Braziliya və ABŞ tərəfindən təsdiqlənib. Sonuncu mərhələnin avqust ayında başa çatacağı, satışların və çatdırılmanın ilk növbəsinin isə sentyabr-oktyabr ayında başlanacağı gözlənilir.
2020-ci ilin sonuna qədər peyvəndin 2,1 milyard tək istifadəlik dozasının istehsal edilməsi hədəf qoyulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda