Koronavirus pandemiyasının yayılma arealı genişlənir
Fransa Polineziyasında koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu dənizaşırı kollektivliyin prezidenti Eduar Friç açıqlayıb.
Onun sözlərinə görə, virusa Fransa Milli Assambleyasının deputatı yoluxub. Deputat martın 7-də Fransadan qayıdıb.
Qeyd edək ki, Fransanın dənizaşırı kollektivliyi və təsisçi ölkəsi olan Fransa Polineziyası Cənubi Sakit Okeanın mərkəzində yerləşir. Əhalisi 280 min nəfərdən ibarətdir. Ölkə Fransız Ali Komissarlığı tərəfindən idarə olunur.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 124 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 126 625-ə çatıb. Bunların 68 325 nəfəri sağalıb, 4 638 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək