Koroğlu stansiyası yaxınlığında qanunsuz parklanma: Kimlər bu işin başındadır?
Metronun “Koroğlu” stansiyası yaxınlığında yerləşən boş bir ərazinin qanunsuz parklanma məntəqəsinə çevrildiyi iddia edilir. Ziya Bünyadov prospektindən Koroğlu istiqamətində bu ərazinin bir şəxs tərəfindən zəbt edilərək avtomobillərin saxlanması üçün istifadə olunduğu bildirilir.
Minval.info xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşın məlumatına əsasən, ərazi zəncirlə bağlanıb və burada parklanma xidməti göstərilir. Araşdırma zamanı ərazidə çalışan şəxslə söhbət aparılıb və o, Elvin adlı şəxsin tapşırığı ilə işlədiyini, toplanan vəsaitdən ona gündəlik ödəniş etdiyini bildirib. Ərazinin sahibi olduğu iddia edilən şəxs isə avtomobillərdən ödəniş alınmadığını, yalnız nəzarət edildiyini deyib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, bu ərazidə agentlik tərəfindən hər hansı parklanma təşkil olunmayıb və belə bir fəaliyyət üçün icazə verilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib