Koreya dənizə naməlum raket atdı: Yapon hökuməti təcili toplantı çağırdı

Yaponiyanın Baş naziri Şimali Koreyanın Yapon dənizinə naməlum raket atdığını bildirib.
Minval.info xəbər verir ki, Baş nazir bunu Milli Təhlükəsizlik Şurasının təcili toplanmasına verdiyi göstəriş zamanı deyib.
Yaponiyanın Baş naziri Yoşihide Suqa təcili olaraq Milli Təhlükəsizlik Şurasını toplamaq və gözlənilməz vəziyyətlərə hazır olmaq barədə göstəriş verib:
“Şimali Koreyanın ballistik raket buraxılışları ölkəmizdə və bölgədə sülhə, təhlükəsizliyə təhdiddir. Onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Buna qətiyyətli etirazımızı bildirir və qəti şəkildə qınayırıq”.
Uzaq Şərq Federal Universitetinin Şərq İnstitutu – Regional və Beynəlxalq Araşdırmalar Məktəbinin direktor müavini, şərqşünas Artyom Lukin Şimali Koreyanın bu addımının ABŞ-a və Cənubi Koreyaya təhdid olduğunu dilə gətirib.
Qeyd olunur ki, bu, Şimali Koreyanın ballistik raketinin il ərzində 5-ci sınağıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
İrəvanı bir neçə saat ərzində qorxu altında saxlayan bakılı
İsrailin Azərbaycandakı səfirliyində təhlükəsizlik təlimi keçirilib
Avropa Parlamenti Azərbaycana qarşı daha çox aqressivdir - İlham Əliyev
Azərbaycanda yüksək vəzifəyə yeni təyinat
Səfərbərlik Xidməti məlumat yaydı