Könül Xasıyeva oğluna görə nazirə müraciət etdi
Xalq artisti Könül Xasıyeva səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib.
Minval.info oxu.az-a istinadən bildirir ki, buna səbəb müğənninin oğlu Kazımın səhhətində yaranan problemlərdir.
ATV kanalında yayımlanan “Şou ATV” verilişində qonaq olan xanəndə bunları söyləyib.
“Deyirlər ki, suda boğulan saman çöpündən yapışar. Ora-bura gedirik. Arada nə qədər pul, zaman gedir. Özümü bir kənara qoyuram. Kazımın problemi getdikcə dərinləşir. O üzdən mən bizim çox hörmətli səhiyyə nazirimizə üz tuturam. Oqtay müəllimdən xahiş edirəm”.
Qeyd edək ki, xalq artisti Könül Xasıyeva uzun müddətdir onurğa xərçənginə tutulub. Xanəndə bir neçə dəfə əməliyyat olunub. Xalq artistinin 12 yaşlı oğlu Kazım Turetta sindromundan əziyyət çəkir. O, bir müddət əvvəl Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alıb
Bir müddət bundan öncə isə Könül Xasıyeva müğənni Mətanət Əsədovanın ad günündə çıxışı zamanı həmkarları tərəfindən “şabaş” yağışına tutulmaqla gündəmi gəlib. Məclisdə bəziləri K.Xasıyevaya 100 dollar, bəziləri 100-200 manat bağışlayıb. Videoda pulları ovcunda saxlayan Könül Xasıyevanın kövrəldiyi və utandığı aydın sezilib. Sosial şəbəkələrə bu videoçarx izləyicilər tərəfindən etirazla qarşılanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Miri Yusifin konsertinə böyük maraq
Gülüstan Əliyeva səhnəni fəth etdi
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
Roza Cəlilova 97 yaşında vəfat etdi