Könül Kərimova gənc ifaçılara xəbərdarlıq etdi: 'Evdən öyrənib efirə gəlin!'
Əməkdar artist Könül Kərimova, gənc ifaçıların yaşlı sənətkarlara münasibətini sərt şəkildə tənqid edib. Müğənni, bu barədə “Günorta efirdəyik” verilişində açıq danışıb.
Minval.info xəbər verir ki, Könül Kərimova, gənc müğənnilərin böyüklərə necə münasibət göstərməli olduqlarını vurğulayıb: “Bir az böyük-kiçik bilin. Böyükləri görəndə necə, hansı tonda danışmaq lazım olduğunu öyrənin. Bunu evdən öyrənib efirə gəlin. Hər kəs öz yaşıdları ilə uyğunlaşıb danışmalıdır. Dünən çıxan gənclər neçə ilin sənətkarına dil uzatmağa, yersiz söz deməyə başlayırlar. Bu, düzgün deyil. Ümumiyyətlə, hər şey insanın ailədən aldığı tərbiyədən irəli gəlir. Ona görə də çox heyif. Biz belə görməmişik, belə öyrənməmişik.”
Müğənni, bəzən incik hiss etdiyini də qeyd edərək, “Olub ki, hansısa sözə görə incimişəm, içimdə küskünlük olub. Amma böyüklərimiz, ustadlarımız qarşıma çıxanda bunu heç vaxt hiss etdirməmişəm. Görmüşəm ki, uzaqdan gəlirlər, onlar yanıma çatana qədər ayağa qalxıb gözləmişəm” – deyə əlavə edib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"