Könül Kərimova: Gənc ifaçılara böyüklərə münasibət öyrədilməlidir
Gənc müğənnilərin yaşlı sənətkarlara münasibəti müzakirə mövzusu olub. Əməkdar artist Könül Kərimova, bu barədə sərt tənqidlərini dilə gətirib.
Minval.info xəbər verir ki, müğənni “Günorta efirdəyik” proqramında çıxış edərək, gənclərin böyüklərlə ünsiyyətindəki etik qaydalara diqqət çəkmək məqsədini güdüb:
“Böyükləri görəndə, onlarla necə və hansı tonda danışmaq lazım olduğunu öyrənin. Bu, evdə öyrənilməlidir ki, efirə elə gəlin. Hər kəs yaşıdları ilə uyğun şəkildə danışmalıdır. Lakin son zamanlar gənc ifaçılar, sənətkarların ünvanına yersiz sözlər deməyə başlayıblar. Bu, tamamilə yanlışdır. Hər şey insanın ailədən aldığı tərbiyədən irəli gəlir. Bu, çox təəssüf doğurur. Biz belə bir mühitdə böyüməmişik, belə öyrənməmişik.”
Könül Kərimova, zaman-zaman özünə qarşı olan inciklikləri gizlətmədiyini, amma ustadların yanında bunu hiss etdirmədiyini də vurğulayıb: “Hətta mənim içimdə küskünlük olsa da, böyüklərim yanımda olanda bunu heç vaxt üzə çıxarmamışam. Onlar yanıma çatana qədər ayağa qalxıb gözlədiyim anlar olub.”
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kıvanç Tatlıtuğun evində faciəvi hadisə: İşçi yıxıldı
Bakıda dəbdəbəli toy: Məşhurlar axın etdi!
Orta Anadolu 73 ildən sonra qapılarını bağladı
Fırat Tanış alkoqol asılılığından necə qurtuldu?
İlqarə Kazımovadan arıqlamağın sirri açıqlandı
Aybəniz Haşımova: "34 il sonra şəhid torpağında
Venesiya Film Festivalında "Qızıl Şir" Danimarkaya getdi