“Kontakt Home”la bağlı araşdırma başladı
Dünyada baş verən iqtisadi proseslərin fonunda qeyri-ərzaq məhsullarının qiymətində dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinihsar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız rəqabətə yol verilməməsi üçün tədbirləri davam etdirir.
Bakupost.az xəbər verir ki, qurumun məlumatına görə, bu tədbirlər çərçivəsində Dövlət Xidməti tərəfindən mobil telefon cihazları bazarında fəaliyyət göstərən təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.
Sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməməklə araşdırmanın çevik və effektiv aparılmasına əngəl yaratdığı üçün “ABC-TELECOM” MMC (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində https://competition.gov.az/storage/files/files/720/SoW7C2hxkT97J8v3aREJY9VFB72lZw8Ddzjh9ubv.pdf yerləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər