Kommunal tariflərdə bölgələr üçün fərqli yanaşma?
Azərbaycanda Bakı ilə regionlar arasında orta əməkhaqqı səviyyəsində ciddi fərqlər mövcuddur. Regionlarda gəlirlərin paytaxtla müqayisədə daha aşağı olması, kommunal xidmətlərə – elektrik enerjisi, qaz, su və digər xidmətlərə tətbiq olunan tariflərin diferensiallaşdırılması məsələsini gündəmə gətirir.
Minval.info xəbər verir ki, beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov, Azərbaycanda iqtisadi siyasətin əsas problemlərindən birinin gəlir və xərclərin ayrı-ayrılıqda qiymətləndirilməsi olduğunu bildirib. O, vətəndaşın nə qədər qazandığı ilə yanaşı, həmin gəlirin nə qədər hissəsini məcburi xərclərə yönəltdiyinin də nəzərə alınmasının vacibliyini vurğulayıb.
Ekspert qeyd edir ki, regionlarda orta əməkhaqqı Bakı ilə müqayisədə təxminən iki dəfə aşağıdırsa, bütün ölkə üzrə eyni kommunal tariflərin tətbiqi sosial baxımdan müzakirə olunmalıdır. Asif İbrahimovun fikrincə, eyni qiymət müxtəlif gəlir qrupları üçün eyni iqtisadi nəticə yaratmır və aşağı gəlirli ailə üçün eyni tarif faktiki olaraq daha ağır tarifdir.
O, tariflərin müəyyənləşdirilərkən əsas diqqətin xidmət təminatçısının xərclərinə, gəlirlərinə və maliyyə dayanıqlığına yönəldildiyini, lakin vətəndaşın gəliri və alıcılıq qabiliyyətinin də nəzərə alınmasının vacib olduğunu bildirib. Asif İbrahimov, elektrik enerjisi, qaz və su kimi xidmətlərin adi kommersiya məhsulları kimi qiymətləndirilməməli olduğunu düşünür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib