Komitə sədrindən şəhid ailələri və qazilərlə bağlı VACİB MÜRACİƏT
Milli Məclisin iclasında çıxış edən komitə sədri Musa Quliyev dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çox vacib sosial humanist missiyaya start verdiyini – “Məşğulluq Marafonu”na başladığını bildirib.
Musavat.com xəbər verir ki, deputat bu gün Azərbaycanda minlərlə sahibkarlıq subyektinin, dövlət qurumunun olduğunu əsas gətirərək çox vacib müraciət edib:
“Hər müəssisə 2-3 şəhid ailəsi, Qarabağ qazisini işə götürərsə, şəhid ailələri və Qarabağ qazilərin işsizliyi ilə bağlı problem həllini tapar. Mən nazirlik və komitə rəhbərlərinə, Azərbaycanda fəaliyyət göstərən iş adamlarına, Türkiyə-Aazərbaycan İş Adamları Birliyinə, Azərbaycan-Almaniya, Azərbaycan-ABŞ ticarət palatalarına, millət vəkillərinə müraciət edirəm: gəlin hamımız bu prosesə, bu təşəbbüsə dəstək verək! Onlar bizim hər birimiz uğrunda şəhid olublar, sağlamlıqlarını qurban veriblər. Marafon ilin sonunadək davam edəcək, hər birinizi bu marafona qoşulmağa dəvət edirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!