30.10.2018 - 13:23
Siyasət
3 baxış
Komitə sədri deputatları güldürdü
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deputat həmkarının adını səhv salıb.
Modern.az-ın məlumatına görə, deputat Fazil Mustafa “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanun layihəsinə münasibət bildirib.
Deputat deyib ki, Azərbaycanda bələdiyyələrin vergi və ödənişlər əldə etməsi üçün hər cür şərait var.
“Biz də bu şəraitdən istifadə etməliyik”.
Bundan sonra isə çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə həmkarının adını səhv salıb. “Mən Mustafa müəllimin fikirləri ilə razıyam”.
Arif Rəhimzadənin Fazil Mustafanın adını bilməməsi zalda deputatların gülüşünə səbəb olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Polşalı deputat: “Dağlıq Qarabağdakı mövcud status-kvo təhlükəlidir"
07.09.2020 - 14:38
İlham Əliyev: "Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu?"
26.10.2020 - 13:37
Aİ-nin yeni səfiri Azərbaycana gəlib
10.09.2021 - 16:26
Ukrayna Almaniyadan dəstək istəyib: "Müasir silahlar lazımdır" - FOTO
03.06.2022 - 16:02
Türkiyəyə hücum edənlər bunlardır – Çavuşoğlu açıqladı
09.09.2018 - 18:28
Deputatlar Milli Məclisdə Tofiq Yaqubludan danışdılar
17.09.2020 - 13:08