Kolleclərə qəbulun nəticələri açıqlandı: 1818 abituriyent uğur qazandı
Orta ixtisas təhsili müəssisələrinə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzi (DİM) bu barədə rəsmi məlumat yayıb.
Minval.info xəbər verir ki, abituriyentlər müsabiqənin nəticələrini DİM-in internet səhifəsindən və ya “iş nömrəsi” və “7 rəqəmli kod”u 7727-yə göndərməklə öyrənə bilərlər. Bu il 2393 abituriyent ixtisas seçimində iştirak edib və onlardan 1818-i qəbul olunub.
Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Jurnalın elektron versiyası gün ərzində www.abiturient.az saytında yerləşdiriləcək və ödənişlə əldə etmək mümkündür.
ƏLAQƏLİ
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı vasitəsilə həyata keçiriləcək. Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat 30 sentyabr saat 15:00-dan 5 oktyabr saat 18:00-dək davam edəcək.
Abituriyentlər qeydiyyat üçün mygov ID vasitəsilə portala daxil olmalı, “Xidmətlər” bölməsindən Elm və Təhsil Nazirliyini seçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyənlər qəbul hüququndan imtina etmiş sayılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
İsrail müxalifəti ultra-ortodoks partiyalarla əməkdaşlığa açıqdır
Amerika Trampdan əvvəlki siyasətə qayıda bilərmi?
Paşinyan: Yaxın gələcəkdə Türkiyə ilə diplomatik əlaqə qurulacaq
Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq