KOBİA ilə “Davam” Gənclər Hərəkatı arasında innovativ sahibkarlığın təşviqinə dair müzakirələr aparılıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvləri ilə görüş keçirilib. Görüşdə “Davam” Gənclər Hərəkatının Agentliyin keçirdiyi müxtəlif tədbirlərdə və proqramlarda iştirakına və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, gənclərin sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, innovativ sahibkarlığın təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, KOBİA-nın bu sahədə sahibkarlar assosiasiyaları və ictimai birliklərlə əməkdaşlıq etdiyini, birgə tədbirlərin və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
“Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı təkliflərlə çıxış edib, daha sonra fikirlərini qeyd etmələri üçün heyətin üzvlərinə söz verib. Görüşdə gənclərin biznes ideyalarının reallaşdırılmasına, onların sahibkarlıq fəaliyyətinə cəlb olunmasına dair müxtəlif təkliflər səsləndirilib, bu istiqamətdə hərəkatın KOBİA ilə əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!