KOBİA daxili bazarda 10 yeni araşdırma aparacaq
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 10 müxtəlif istiqamətdə daxili bazar araşdırmalarının aparılmasını planlaşdırır. Bu təşəbbüs, sahibkarların investisiya qərarlarının dəstəklənməsi, perspektivli istehsal sahələri haqqında məlumatlılığın artırılması və yeni biznes təşəbbüslərinin formalaşmasına töhfə vermək məqsədi daşıyır.
Minval.info xəbər verir ki, araşdırmalar aşağıdakı sahələri əhatə edəcək: dəri ayaqqabıların istehsalı, perlit tərkibli inşaat məhsulları istehsalı, dializ aparatı üçün filtr istehsalı, məişət avadanlıqlarının yığımı, saxsı (keramik) sanitar məmulatlar istehsalı, vertikal əkinçilik (qiymətli bitkilərin yetişdirilməsi) və Azərbaycanda elektromobil batareyalarının istehsal potensialı və daxili bazar tələbatının qiymətləndirilməsi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib