“Kitabların arasında böyüyən uşaq həyatda öz yerini tez tapır” - Video
Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov “ARB Günəş”in “Mən məktəbli ikən” verilişinin qonağı olub.
Minval.info xəbər verir ki, o, məktəb illərini xatırlayarkən söyləyib ki, həmin dövrdə müəllimlərinə böyük hörmətlə yanaşıb:
“Biz elə bilirdik ki, müəllim çörək yemir. Müəllimi görəndə qaçıb gizlənirdik, düşünürdük ki, onunla bir sırada əyləşə bilmərik. Müəllimi çox yüksəkdə görürdük”.
Mütaliəyə böyük maraq göstərdiyini söyləyən Kərim Tahirov uşaqlarda mütaliəyə həvəsini məktəb yaşlarından yox, daha erkən yaşlardan yaradılmalı olduğunu söyləyib:
“Uşaqlara beşik başında laylalar, sonra nağıl və şeirlər oxunmalıdır. Yetişməkdə olan insanın səviyyəsi onun uşaq vaxtı etdiyi mütaliədən asılıdır. Mən uşaqlara kitabla dost olmağı arzulayıram. Çünki, kitabların arasında böyüyən uşaq həyatda öz yerini daha tez tapır”.
https://youtu.be/jsx1Etd97fg
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır