20.10.2021 - 13:55
Siyasət
19 baxış
"Kişinin uşağı yoxdursa, getsin ikinci arvad alsın deyən deputatlar var idi"

“Parlamentdə “Reprotuktiv sağlamlıq haqqında” qanunun müzakirəsi zamanı kişinin əgər uşağı yoxdursa, getsin ikinci arvad alsın deyən deputatlar var idi”.
Minval.info -nun xəbərinə görə, bunu Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.
Komitə sədri həmin müzakirələr zamanı belə halların şahidi olduğunu bildirib: “Parlamentdə “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuluna qarşı olan kişi deputatlar vardı. Mən o müzakirələrin iştirakçısı olmuşam”.
B.Muradova söyləyib ki, “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbulu vacibdir: “Orada qadınların hüquqlarının qorunması ilə bağlı maddələr də mövcuddur. Bu gün sığınacaqlarda olan qadınlar var. Onlar hansı şəraitdə və necə qaçıblar?. Əgər qadın evdən zorakılığa məruz qaldığı üçün qaçırsa, biz onu gücləndirməklə qadına olan təzyiqi azalda bilərik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
19.09.2026 - 10:24
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
19.09.2026 - 09:21
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
18.09.2026 - 20:38
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
18.09.2026 - 19:14
Paşinyanın maaşı 80% artdı!
18.09.2026 - 16:26
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
18.09.2026 - 15:30
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi
18.09.2026 - 11:11
Gürcüstan DTK-nın yeni rəhbəri: Tamaz Boraşvili
18.09.2026 - 09:33