02.10.2026 - 19:00
Kişineu aeroportunda mina təhlükəsi: sərnişinlər təxliyə edildi
Hadisə 4 baxış

Kişineu aeroportunda mina təhlükəsi: sərnişinlər təxliyə edildi

Moldovanın paytaxtı Kişineudakı “Eugen Doga” Beynəlxalq Aeroportunda mina təhlükəsi ilə bağlı təcili tədbirlər görülüb. Təhlükənin elan edilməsi ilə sərnişinlər və heyət üzvləri dərhal təxliyə edilib.

Minval.info xəbər verir ki, hadisə oktyabrın 2-də, yerli vaxtla saat 16:20-də baş verib. Təhlükə siqnalı alındıqdan sonra aeroportdakı bütün sərnişinlərin qeydiyyatı müvəqqəti olaraq dayandırılıb və ərazidə ciddi təhlükəsizlik yoxlamaları aparılır.

Moldova Sərhəd Polisinin məlumatına görə, hadisə yerinə Daxili İşlər Nazirliyinin xüsusi bölmələri cəlb edilib. Hazırda ərazidə təhlükəsizlik tədbirləri davam etdirilir.

Təhlükə səbəbindən bu gün planlaşdırılan uçuşların cədvəlində dəyişikliklərin baş verə biləcəyi ehtimal edilir. Sərnişinlərə, uçuşlarının statusunu aeroportun onlayn məlumat lövhəsindən izləmələri tövsiyə olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: